Rəsul Çunayev: "Artıq heç nə danışmaq istəmirəm"

Rəsul Çunayev: "Artıq heç nə danışmaq istəmirəm"

"Artıq bu məsələlər haqda heç nə danışmaq istəmirəm". Gundeminfo.az yazır ki, bu sözləri azxeber.com-a açıqlamasında tanınmış güləşçi Rəsul Çunayev deyib.

O son günlər yaşanan hadisələrə münasibət bildirmək istəmədiyini və hər şeyi zamanın ixtiyarına buraxdığını deyib.

Rəsul qarşıdan gələn dünya çempionatında iştirak edib-etməyəcəyinə də qərar verməyib: "Bu haqda da danışmaq istəmirəm. Hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, bir neçə gün öncə güləşçilər etiraz aksiyası keçirmiş və 16 aydır maaş almadıqlarını demişdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...