CHP sədri Azərbaycana gəlməyi planlayır: “Səhv varsa, onu düzəltmək lazımdır”

CHP sədri Azərbaycana gəlməyi planlayır:
“Azərbaycandan görüş istədim”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl “Habertürk”ə bildirib.
“Şimali Kiprdən spnra ikinci səfərim Azərbaycana olacaq. Yaxın günlərdə Azərbaycana səfər etməyi planlaşdırırıq. Cənab Əliyev məktubumuzu deputatımız vasitəsilə aldığını və tezliklə görüşmək istədiyini bildirdi. Azərbaycanla pis münasibətdə olan ana müxalifət partiyası olmamalıdır. Orada ən böyük günah bizdədir, kiçik günah Azərbaycanındır. Səhv varsa, onu düzəltmək lazımdır. Üçüncü səfərim Bosniya və Herseqovinaya olacaq. Amma əvvəlcə Kipr və Azərbaycan. Xalq sizi bu dövləti idarə etməyə hazır olan partiya kimi görmək istəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...