Kreditlərini ödəmək üçün böyrəyini satmaq istəyən qıza ƏXLAQSIZ TƏKLİF

Kreditlərini ödəmək üçün böyrəyini satmaq istəyən qıza


Böyrəyini sosial şəbəkədən satışa çıxaran Büşra S.-nin danışdıqları çoxlarını heyrətləndirib.

Türkiyədə "Sosial şəbəkədə orqan bazarlığı" xəbərlərindən sonra orqanlarını satmaq istəyib, zərər çəkənlər ortaya çıxıb. Onlardan biri 24 yaşlı universitet məzunu Büşra S.-dır. Kredit borcları səbəbiylə böyrəyini satışa çıxaran, amma gələn zənglərdən sonra fikrindən daşınan Büşra S. hazırda bir AVM-in kino zalında kassir olaraq çalışır.

"Universiteti bitirdikdən sonra ailəmlə problemlərim oldu, kredit borclarım vardı. Bir an ağlıma belə bir şey gəldi. Məntiqli-məntiqsiz düşünmədim, başqa çarəm yox idi. Kreditlərimin ödəmə zamanı gəlirdi. İş tapmamışdım. Mən də bir elan yazdım. Böyrəyimi və qaraciyərimin bir qismini satmaq istədim.

Gündə beş-on dəfə zəng edirdilər. Davamlı gələn zənglər artıq narahatedici bir hal aldı. Çünki zəng edənlər əslində, həqiqətən, böyrək istəyənlər deyil, mənim bu halımdan istifadə etmək istəyənlər idi. Bir gün telefonuma zəng edən şəxs Antalyada yaşadığını, böyrək nəqli üçün qohumluq şərtinin zəruri olduğunu söylədi. Bunun üçün də özü ilə evlənməyimin lazım olduğunu, 6 ay sonra isə əgər mən istəsəm, boşanacağını söylədi. Müəyyən miqdar da pul verməyi tələb etdi. O an anladım ki, məqsədləri çox başqadır.

Yenə Antalyadan biri zəng etmişdi. Mənə "Sənin borclarını ödəmək üçün heç bir orqanını satmana ehtiyac yoxdur. Mən sənə istədiyin qədər pul verərəm. Mənim məkanım var. Orada fahişəlik edərsən" dedi. Mən qışqırıb, telefonu söndürdüm. Başqa biri zəng etdi. Mənə birbaşa pul qarşılığında onunla olmamı təklif etdi. "Böyrəyini, qaraciyərini satmağa ehtiyac yoxdur" dedi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...