“Turan”a qarşı vergi sanksiyası ləğv edildi

“Turan”a qarşı vergi sanksiyası ləğv edildi
Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə departament Agentliyə rəsmi məktubla məlumat verib.

Qeyd edək ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən "Turan"a qarşı cinayət işi başlanması üçün istifadə edilmişdi.

Contact.az yazır ki, avqustun 16-da Agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü. İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi. Sayt bildirib ki, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə Тuran Agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1072 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...