Bu gündən geomaqnit qasırğaları gözlənilir — XƏBƏRDARLIQ

Bu gündən geomaqnit qasırğaları gözlənilir —

"Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin, 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)".

Gundeminfo.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq.

E. Babayev bildirib ki, “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir: "Hazırda plazma küləyini sürəti 315 km/saniyə-dir, lakin 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq. Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...