Cərimələri ödəməyən sürücülərə qarşı REYD KEÇİRİLDİ

Cərimələri ödəməyən sürücülərə qarşı

Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması inspektorlar tərəfindən patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, cərimələri Mərkəzi Məlumat Xidmətində qərarsız kimi qeyd olunan sürücülər müəyyən edilərək saxlanılıb onlara pozduqları yol hərəkəti qaydaları barədə məlumat verilib və yerindəcə müvafiq sənədlər təqdim olunub.

Reyd zamanı tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərin nəqliyyat vasitələri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...