Azad Rəhimov Ərəb Əmirliklərinin şahzadələri və oliqarxları ilə görüşdü
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə Formula-1 yarışlarının finalı keçirilib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən virtualaz.org-a bildirilib ki, ölkəmizin gənclər və idman naziri Azad Rəhimov bu məqsədlə Abu-Dabiyə səfər edib.
A.Rəhimov səfəri çərçivəsində noyabrın 26-da BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və final yarışlarına dəvətə görə təşəkkürünü Vəliəhdə çatdırıb. Şeyx Məhəmməd bin Zayed əl Nəhyan, öz növbəsində, salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tədbirdə iştiraka görə nazirə minnətdarlığını bildirib.
Azad Rəhimov, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının Şahzadəsi Endrü, Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla görüşlər keçirib.
Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.
1007 dəfə oxundu