Ağcabədidə çörək və un məmulatları zavodunun açılışı olub

Ağcabədidə çörək və un məmulatları zavodunun açılışı olub

Ağcabədi rayonunda çörək və un məmulatları zavodunun açılışı olub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.

Bildirilib ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.

Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesinə və hazır məhsullara baxıb. Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.


Ağcabədidə çörək və un məmulatları zavodunun açılışı olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...