Yüz minə yaxın əcnəbi Azərbaycan vətəndaşı olmaq istəyir

Yüz minə yaxın əcnəbi Azərbaycan vətəndaşı olmaq istəyir

2017-ci il ərzində 2 570 014 halda 1 432 700 nəfər əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 579 004 halda isə 1 439 023 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Əcnəbilər deyil, məhz azərbaycanlılar qarşısında absurd tələb

Bildirilib ki, ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 720 024 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. DMX-yə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 88 743 müraciət daxil olub.

Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 7980 əcnəbiyə iş icazəsi, 537 şəxsə müvəqqəti olma müddətinin uzadılması qərarı, 39 940 şəxsə müvəqqəti yaşama icazəsi, 2983 şəxsə isə daimi yaşama icazəsi verilib. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 18 540 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı mərkəzinə 102 629 zəng daxil olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...