Azərbaycanda 53 min nəfər prezident təqaüdü alır - RƏSMİ

Azərbaycanda 53 min nəfər prezident təqaüdü alır -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunaraq ödənilən şəxslərin sayı hazırda 53012 nəfər təşkil edir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla ötən ilin aprel ayının əvvəlindən ayrı-ayrı təbəqələrdən olan vətəndaşlara təyin olunmuş Prezident təqaüdlərində əhəmiyyətli artımlar edilib. Bununla da ötən ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% çox olub.

Eyni zamanda, ötən il aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara, cari ilin əvvəlindən isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də Prezident təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 18136 nəfər (52%), bu təqaüdlər üçün dövlət büdcəsindən yönəldilən vəsait isə 5,3 milyon manat və ya 35,4% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...