"Xristian ölkələri vahid imperiya yaratmaq istəyir"

"Xristian ölkələri vahid imperiya yaratmaq istəyir"

"Dünyada xristian ölkələri xristian həmrəyliyi ilə vahid imperiya yaratmaq istəyirlər".

Bunu "Trend"-ə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, islam ölkələrində son zamanlar baş verən qarşıdurmaları təsadüfi saymaq olmaz. Bütün bunların arxasında con kerrilər, Qərb dünyası dayanıb: “Dünya xristian imperiyası yaratmaq siyasəti yürüdür. Qloballaşma, insan haqları, insan azadlıqları boş çağırışlardır. Dünyada ədalət, hüquq deyil, güc hökmranlıq edir. Necə ola bilər ki, dünyadakı bütün qarşıdurmaların hamısı islam ölkələrində baş verir? Yəni islam ölkələrinin hamısının daxilində elə qüvvələr var ki, onlar “Allahu-əkbər” deyib bir-biriləri ilə vuruşurlar? Xeyr. Onu yaradan Con Kerrilərdir, qərb dünyasıdır. Onlar islam dünyasında qarşıdurma yaradır və bu dünyanı münaqişələrlə idarə edirlər”.

Y.Mahmudov bildirib ki, əgər ABŞ-a, onun dövlət katibi Con Kerriyə islam, türk dünyasında demokratik ökənin olması lazımdırsa, onda onlar bunun üçün Azərbaycan və Türkiyəyə baxmalıdırlar. Çünki islam, türk dünyasında ən demokratik ölkələr Azərbaycan və Türkiyədir.

İnstitut direktorunun sözlərinə görə, amma ABŞ-ın bəzi dairələri, Con Kerri kimi ermənilərin əlində alət olan dırnaqarası siyasətçilərin heç birini Azərbaycan və Türkiyədəki demokratiya maraqlandırmır.

Məhz Azərbaycan və Türkiyənin sürətlə inkişaf etməsi xristian dünyasını, o cümlədən Con Kerrinin ermənilərə əsaslanan dünyasını razı salmır: “Ona görə də onlar burada daim axtarışlardadırlar. Con Kerri kimilərinə bizim cavabımız çox aydındır: Əgər sizi demokratiyanın olub-olmaması maraqlandırırsa, onda islam, Şərq dünyasında həqiqətən də demokratiyanın olmadığı ölkələrlə maraqlanın. Ancaq həmin ölkələr ABŞ-ın dediklərini yerinə yetirir, ona görə də həmin ölkələr ABŞ-ı maraqlandırmır”.

Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırladan deputat bildirib ki, “con kerrilər” elementar insan hüquqlarından da məhrum olan bu insanlara baxmalıdırlar: “Əgər onları insan haqları narahat edirsə, Azərbaycan xalqının milyondan çox nümayəndəsi qaçqın vəziyyətindədir. Onlar nə əcəb bunu görmürlər? Con kerrilər soyqırımı həyata keçirən erməniləri müdafiə edırlər, cünki onlar da ermənilər kimi cinayətkardır. Con Kerri cinayətkarların başında durur, Amerika qitəsinin əhalisini məhv edənlərin başında durur, ermənilərin pulu, onların vəsaiti ilə yaşayır və bu gün insan haqları, demokratiya pərdəsi altında erməniləri müdafiə edir. Con Kerri və onun Amerikanı işğal edən ulu babaları Amerikanın yerli əhalisindən, onların nəvə-nəticələrindən üzr istəməlidirlər. Çünki onlar yerli əhalinin hamısını məhv ediblər, soyqırım həyata keçiriblər”.

Amma Azərbaycan tərəfindən soyqırımın həyata keçirilmədəyini, əskinə Azərbaycana qarşı soyqırımların olduğunu deyən Y.Mahmudov Azərbaycanda insan haqlarının pozulmadığını, sürətli inkişaf edən, sabitliyin hökm sürdüyü ölkəmizin humanizm, multikultirazm baxımdan başqa ölkələr üçün nümunə olduğunu da söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...