Bakıda “cip” ana-balanı vurub, 6 yaşlı uşaq ölüb

Bakıda “cip” ana-balanı vurub, 6 yaşlı uşaq ölüb


Bakıda “cip” avtomobili ana və azyaşlı oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.

Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib, F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...