Təqaüdçülər bütün bankomatlardan istifadə edə biləcək - faiz tutulmayacaq

Təqaüdçülər bütün bankomatlardan istifadə edə biləcək -


Gələcəkdə təqaüdçülər istənilən banka məxsus bankomatdan onlardan pul tutulmadan vəsaitlərini çıxara biləcəklər. AzVision.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov deyib.

Onun sözlərinə görə, artıq Mərkəzi Banka sözügedən məsələ ilə bağlı təkliflər göndərilib. Mərkəzi Bankda hazırda bu istiqamətdə iş aparılır: “Beynəlxalq təcrübədə təqaüdçünün istənilən bankomatdan ondan pul tutulmadan vəsaitini çıxarması “interfeys” əməliyyatı adlanır. Biz bu əməliyyatla bağlı təkliflər versək də, bunun nizamnaməsini təsdiq edən Mərkızi Bankdır. Bankların öz siyasəti var. Bunu necə razılaşdırırlar, vəsaitin tutulmamasını hansı qaydada bir-birilərinə öturlməsi onlara aid məsələdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...