TQDK qalmaqallı dərsliklə bağlı rəyini açıqladı

TQDK qalmaqallı dərsliklə bağlı rəyini açıqladı


Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) olub

GUNDEMİNFO.AZ TQDK-nın mətbuat xidmətinə istinadən bildirir ki, 2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək, rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...