Daha bir “NİDA” fəalı istefa verdi

Daha bir “NİDA” fəalı istefa verdi


“Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlu istefa verib. Musavat.com xəbər verir ki, Ş.Novruzlu bu barədə özünün “Facebook” profilində yazıb. Ş. Novruzlu istefa verməsinin səbəblərini açıqlamayıb: “Bu gündən üzvü olduğum "Nida Vətəndaş Hərəkatı"nın sıralarını tərk edirəm. "Nida" ilə bağlı çoxlu xoş xatirələrim var və bunun belə də qalmasını istəyirəm. İstefamla bağlı bundan əlavə heç bir açıqlama olmayacaq”.

Qeyd edək ki, bir gün öncə hərəkatın İdarə Heyətinin üzvü Üzeyir Məmmədli və Aygün Pəncəliyeva da hərəkatdan istefa verdiklərini açıqlamışdılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...