VIII Beynəlxalq Atatürk konfransı Gəncədə öz işinə başlayıb - FOTOLAR

VIII Beynəlxalq Atatürk konfransı Gəncədə öz işinə başlayıb -


Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Azərbaycan və Türkiyə Respublikalarının Müstəqillik günlərinə həsr olunmuş dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı öz işinə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunacağı konfransı giriş sözü ilə AMEA-nın Tarix İstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov açaraq VIII Beynəlxalq Atatürk konfransını himayəyə götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans istirakçıları adından minnətdarlığını bildirib.Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd edib ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir.

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxuyub. Sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.Bu yaxınlarda qardaş Türkiyə Respublikasında törədilən terror hadisəsi nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini tarixi hadisə adlandırıb və qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Bolqarıstan, Özbəkistan Qazaxıstan, Gürcüstan, Hindistan, Serbiya, İtaliya və sair ölkələrdən gəlmiş 130-dan artıq nümayəndənin iştirak etdiyi konfransda üç gün ərzində 90-dək elmi məruzənin dinləniləcəyi diqqətə çatdırılıb.

Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri baş idarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və başqaları çıxış edərək qeyd ediblər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyub.Bu baxımdan VIII Beynəlxalq Atatürk konfransında söylənəcək fikirlər tarixi saxtalaşdıranlara tutarlı cavab olacaq.

Konfransda ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımı siyasəti, heç bir tarixi mənbəyə söykənməyən Dağlıq Qarabağın ermənilər tərəfindən özününküləşdirilməsi, eləcə də ona yaxın əraziləri işğal etməsi konrans iştirakçıları tərəfindən pislənərək, bu qanlı olaylara himayədarlıq edən güc dövlətlərinə tutarlı faktlarla cavab verilib. Diqqətə çatdırılıb ki, son vaxtlar müsəlman ölkələrində törədilən qanlı hadisələr yüz illər öncə həyata keçirilən məkrli siyasətin məntiqi davamıdır.20-ci əsrin əvvəllərindən türklərə qarşı başlanan soyqırımının qarşısının alınmasında əsl qardaşlıq köməyi göstərmiş Qaqaz İslam Ordusunun xidmətlərindən danışan natiqlər onu da əlavə ediblər ki, azərbaycanlılara və türkərə qarşı aparılan soyqırımı elə həmin dövrlərdən başlayıb və bu siyasət indi də davam etməkdədir.Söz yox ki, bu gün müsəlman dünyasına qarşı edilən ədalətsizliklər, ancaq süper dövlətlərin milli maraqlarına xidmət edir.Gülüstan, Türkmənçay müqavilələrindən başlanan qanlı olaylar, dağlıq Qarabağda bənd aldı.Nəticədə 1 milyon azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü.

Konfrans iştirakçıları tarixçi alimlərə belə bir imkan və şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu qəbul etdilər.Sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstituna fəxri doktor seçilməsi elan edildi və institutun diplomu görkəmli alimə təqdim olundu.Diqqətə çatdırıldı ki, Artıq AMEA-nın tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə orta türk tarixinin yazılması üçün işlərə başlayıb.

Sonda Atatürk Araşdırma Mərkəzinin başqanına xatirə hədiyyələri təqdim edildi.Gəncə Şəhər İcra Hakimiyyəti adından qonaqlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türkiyədə nəfis şəkildə çap edilmiş “Xəmsə”si hədiyyə olundu.
Konfrans iştirakçıları mərkəzin foyesində Azərbaycan və Türk xalqlarına qarşı törədilən soyqırımı siyasətini əks etdirən arxiv sənədlərinin surətlərindən ibarət sərgiyə də baxdılar. Sonra konfrans öz işini plenar iclaslarda davam etdirdi.

Beynəlxalq konfrans oktyabrın 16-dək davam edəcək.


VIII Beynəlxalq Atatürk konfransı Gəncədə öz işinə başlayıb -
VIII Beynəlxalq Atatürk konfransı Gəncədə öz işinə başlayıb -
VIII Beynəlxalq Atatürk konfransı Gəncədə öz işinə başlayıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...