200 mindən çox xəstəyə pulsuz dərman veriləcək - deputat belə deyir

200 mindən çox xəstəyə pulsuz dərman veriləcək -


Gələn il 200 mindən çox şəkər diabet xəstəsi pulsuz dərmanlarla təmin olunacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov bu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zaman deyib.

Deputat qeyd edib ki, bu ilki büdcədə də sosial məsələlərin həlli istiqamətində kifayət qədər vəsait ayrılıb. İ.Məmmədov dünyada iqtisadi böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirib: “Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir”.

O, Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd edib. Millət vəkili kənd təsərrüffatının inkişafı haqqında da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanların rifahı üçün önəmliliyini vurğulayıb: “Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1160 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...