Putinlə Nazarbayev Xəzərin dibini bölüşdürdü

Putinlə Nazarbayev Xəzərin dibini bölüşdürdü


Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev yeraltı sərvətlərin istifadəsi üzrə suveren hüquqların həyata keçirilməsi üçün Xəzər dənizinin şimal hissəsinin dərinliyinin bölüşdürülməsi haqqında iki ölkə arasında bağlanmış 6 iyul, 1998-ci il tarixli sazişə dair protokolda dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar.

Virtualaz.org saytı xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl bəyan etmişdi ki, bu gün imzalanan sənəd "Mərkəzi" neft yatağının birgə işlənməsi məsələlərinin tənzimlənməsini nəzərdə tutur.

Qeyd edək ki, V.Putin hazırda Qazaxıstanda dövlət səfərindədir. Onun səfəri iki gün çəkəcək. Putin sabah Astanada MDB ölkələri dövlət başçılarının və Avrasiya İqtisadi Birliyi şuralarının iclaslarında iştirak edəcək. Onun Astanada Belarus prezidenti Lukaşenko ilə təkbətək görüşü də nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...