Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli barədə onun icazəsi olmadan məlumat yayılmayacaq

Azərbaycanda yetkinlik yaşına çatmayan şübhəli barədə onun icazəsi olmadan məlumat yayılmayacaq


Milli Məclisin iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, məcəlləyə 222.6-cı və 222.7-ci maddələrin əlavə edilməsi müzakirə olunub.

Yeni 222.6.-cı maddəyə əsasən “İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir”.

222.7.-yə görə isə “Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir”.

Daha sonra məcəllənin bir neçə maddələrinə əlavələrdən irəli gələn texniki dəyişikliklər də səsə qoyulub.

Layihə qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...