“Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edildi

“Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edildi

Azərbaycanda enerji təchizatı sistemində daha bir struktur dəyişikliyi həyata keçirilib. Lent.az-ın məlumatına görə, “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: “Həmin idarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək”

“Azərişıq” rəsmisi onu da bildirib ki, artıq həmin idarəyə yeni rəis də təyin olunub.

T. Mustafeyev onu da bildirib ki, digər yeni yaradılmış regional idarələrə də rəhbər təyin edilib: “Azərışıq”ın nizamnaməsi yaxın günlərdə təsdiq olunacaq” - deyə, şöbə müdiri əlavə edib.


Qeyd edək ki, bir müddət öncə “Azərişıq”ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...