Lənkəranda 9 ayın yekun hesabatı - FOTOLAR

Lənkəranda 9 ayın yekun hesabatı -

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2015-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.


İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin ötən 9 ayı ərzində də sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılmış, genişmiqyaslı tikinti-abadlıq işləri görülmüş, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Cari ilin statistik məlumatları bir daha sübut edir ki, Avropada, bütövlükdə dünyada dərin böhranların baş verdiyi bir şəraitdə ölkəmizdə sosial-iqtisadi və mədəni quruculuq sahələrində böyük uğurlar qazanılır, sosial problemlər həll olur, xalqın rifahhalı durmadan yaxşılaşır.
Sonra “2015-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” hesabat məruzəsi dinlənildi. Bildirildi ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam etmiş, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, iri həcmli layihələrin icrası təmin olunmuş, yeni layihələrin icrasına başlanılmışdır.

2015-ci ilin 9 ayında rayonda ümumi məhsul buraxılışı 280.9 milyon manat təşkil etmişdir. Sənayedə 16.7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7.3 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66.5 faiz təşkil etmişdir.
Cari ilin 9 ayında rayonda ümumilikdə 2044 yeni iş yeri açılmışdır, onlardan 1601-i daimi iş yerləridir.
Məruzədə rayonun nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə ətraflı məlumat verildi, aqrar sahədə həyata keçirilən tədbirlərdən danışıldı, sahibkarlığın inkişafından bəhs edildi.
Məruzədə qeyd edildi ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər çərçivəsində Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi məqsədilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərin 13 küçəsində ümumilikdə 11 km uzunluğunda asfaltlaşma işləri aparılmışdır. Həmçinin həmin vəsait daxilində şəhərin küçə, bağ və parklarında 585 kv/metr hasar hörülmüş, 2600 kv/m tamet, 4200 p/m bardür düzülmüş, divarlar və darvazalara 6600 kv/metr suvaq, 74050 kv/metr rəng, 8200 kv/m ağ lay vurulmuş, 45000 ədəd gül kolu, 600 ədəd dekorativ və 1200 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Şəhərdə yerləşən 4 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuş, 9 binanın fasadı yenilənmiş, 5 çoxmərtəbəli binaya vurulmuş üzlüklər dəyişdirilmiş, onlar müasir üslubda rənglənmişdir. Bu ilin 9 ayı ərzində şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti və daxili imkanlar hesabına 3424 kv/metr şəhərdaxili küçələrin sıradan çıxmış hissələrində cari təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamı ilə ayrılmış 3.2 milyon vəsait hesabına 12.9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11.2 km uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu əsaslı təmir olunub asfaltlanmışdır.

Qarşıdakı dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir. Həmçinin ölkə başçısının Sərəncamı ilə abadlıq-quruculuq işlərinin aparılması məqsədi ilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərdə abadlıq və quruculuq işləri davam etdirilir. Bundan əlavə, şəhərdə izafi suların axdığı kanal və arxların təmizlənməsi, qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi işləri görüləcəkdir.

Aqrar sahədə işlərin sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur.

Məruzə ətrafında şəhər Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov, şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Elektrik Şəbəkəsinin rəisi Şaiq Qəribov, Lənkəran Qaz istismar sahəsinin rəisi Anar Rzayev və Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.

İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 2015-ci ilin 9 ayında rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd etdi ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı, eyni zamanda, Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırdı, noyabrın 1-dən keçiriləcək yaşıllaşdırma və ağacəkmə aylığının mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələrini bildirdi. Vətəndaşların müraciətlərinə və qəbuluna həssas və operativ yanaşılmasının vacibliyini vurğulayan Taleh Qaraşov bu sahədə mövcud nöqsanları aradan qaldırmaq üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -
Lənkəranda 9 ayın yekun hesabatı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...