Elmar Vəliyev hesabat verdi - FOTOLAR
Gəncədə şəhər fəallarının 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı Elmar VəliyevPrezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri diqqətə çatdırıb.Qeyd edib ki, 2015-ci ilin 9 ayında ölkəmizin iqtisadi göstəriçiləri ürəkaçan olub.Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı Gəncənin timsalında aydın görə bilərik.Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində cari ilin 9 ayı ərzində şəhərdə geniş tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilib.Elmar Vəliyev bildirib ki, ümumi daxili məhsul buraxılışı 105,7 faiz və ya, müqayisəli qiymətlərlə 35,6 milyon manat artaraq 662,8 milyon manata çatıb. Sənaye sahəsində çalışan işçilərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq ,363 manat, o cümlədən qeyri-dövlət bölməsində 358 manat olmaqla, 2014-cü ilin 9 ayı ilə müqayisədə 7,3 faiz çox olub.
Tədbirdə bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadıq-quruculuq işlərindən, diğər infrastruktur layihələrin sürətlə həyata keçirilməsindən söhbət açılıb. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işləri aparılıb, çayın məcrasının yenidənqurulması işləri sürətləndirilib. Çayın sağ sahilində bulvarın salınması ilə əlaqədar Uşaq Əyləncə və Ticarət Mərkəzi ,kafe və digər məişət obyektləri, fəvvarələr inşa edilib, 13 min 400 kvadratmetrdən çox tamet və bardür döşənib, yaşıllaşdırma işləri aparılıb. Hazırda Kitab Evi inşa edilir, uşaqların istirahəti üçün attraksionlar quraşdırılır. Gəncəçay çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün metal konstruksiyadan tikilmiş körpü yeni standartlara uyğun qurularaq, müasir şəhərsalma qaydalarına uyğunlaşdırılacaq.Gəncəçay çayının sağ sahilində analoqu olmayan xüsusi layihə əsasında, 5 mərtəbəli Mətbuat Evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Möhtərəm Prezident cənab İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası sürətləndirilib. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan, Şərqin qədim karvan-ticarət yolu üzərində yerləşən “İmamzadə” Dini Kompleksində aparılan təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri tamamlanmaq üzrədir. Biznes Mərkəzinin,şəhər Prokurorluğunun müasir tələblərə cavab verən dördmərtəbəli yeni inzibati binasının, Fikrət Əmirov küçəsində 5 mərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Vəli Xuluflu küçəsində “Bazar Store” MMC-nin, aeroport yolu istiqamətində maşın bazarının, Nizami prospektində çoxmərtəbəli Ticarət Mərkəzinin və digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir.
Cavad xan qəsəbəsində uşaqların və əhalinin istirahəti üçün şərait yaradılır, həyətyanı sahələr abadlaşdırılır, 240 yerlik uşaq bağçası müasir tələblərə uyğun yenidən əsaslı təmir edilərək istifadəyə verilib.
Hacıkənd qəsəbəsində abadlıq- quruculuq işləri ilə yanaşı, 50 yerlik uşaq bağçasının inşası başa çatmaq üzrədir.
Yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və bərpası, yolların genişləndirilməsi işləri davam etdirilməklə, prospekt və küçələrdə mövcud binaların fasadlarının, fərdi evlərin müasir və klassik memarlıq üslubunda yenidən üzlənməsi istiqamətində genişmiqyaslı işlər aparılıb.
Respublikanın bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə layihə uğurla həyata keçirilir.
Yığıncağında təhsil, səhiyyə, mədəniyyət, elektrik enerjisi və təbii qaz sahəsində görülən işlər ətraflı təhlil edilib.Natiq həmçinin qeyd edib ki, bizi qarşıda ölkəmizin ictimai-siyasi həyatında böyük önəm daşıyan Parlament seçkiləri gözləyir. Əminəm ki, şəhər sakinləri bu seçkilərdə fəal iştirak edərək, öz layiqli namizədlərini seçməklə, Azərbaycanın daha yüksək səviyyədə inkişafına töhfələrini verəcəklər.
Elmar Vəliyev bildirib ki, şəhərimizin sosial-iqtisadi həyatında əldə edilən müsbət dəyişikliklər, tərəqqi möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Bu müvəffəqiyyətlər arxayınlıq yaratmamalıdır. Qarşıda qoyulmuş vəzifələrin tam icrasına nail olmaq məqsədi ilə bundan sonra da hamılıqla səfərbər olmalı, 2015-ci ili uğurla başa vurmalıyıq.
1552 dəfə oxundu