“Sovetski” məhəlləsində 2311 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb

“Sovetski” məhəlləsində 2311 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb


Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli sərəncamına əsasən Bakının “Sovetski” məhəlləsində söküntü ərazisinə düşən 2311 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.

APA-nın məlumatına görə, bu, Yasamal rayonunda 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabatda əksini tapıb.

Qeyd olunub ki, oktyabrın 1-dək 8200 ünvanda ölçü işləri aparılıb, 2340 ünvanda yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə razılaşma protokolu imzalanıb. Hazırda Bakı şəhərinin Baş Planına əsasən, “Sovetski” adlanan ərazidə sakinlərin köçürülməsi və daşınmaz əmlakın sökülməsi davam etdirilir. Köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri həyata keçirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək, kiçik sahəli mənzillərin sakinlərinə verilib. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər. Bununla da ən aktual problemlərdən biri qismən də olsa, həllini tapacaq.

Hesabatda o da qeyd olunub ki, söküntü ərazisində müasir infrastruktura uyğun yol çəkilişi artıq yekunlaşıb, Nəriman Nərimanovun abidəsinin arxa tərəfindən Qurban Xəlilov küçəsi boyunca Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 1 kilometrə yaxın yeni yol istifadəyə verilib: "Paytaxtda tıxac probleminin aradan qaldırılmasında bu tədbirin böyük əhəmiyyəti var. Çəkilən yol vasitəsilə həmin əraziyə birbaşa çıxış təmin ediləcək. Bununla da Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektində tıxac problemi demək olar ki, öz həllini tapacaq. Yol kənarında sahəsi 7000 kvadratmetrdən böyük olan park yaradılıb".

Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...