“Prokter&Gembl" İqtisadiyyat və Sənaye Nazirliyinin məhkəməsi davam edəcək

 “Prokter&Gembl"  İqtisadiyyat və Sənaye Nazirliyinin məhkəməsi davam edəcək


“Prokter&Gembl Azərbaycan Servisləri” MMC Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə verib. “Report”un xəbərinə görə, MMC qərarın və göstərişin ləğv edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi də məhkəmə aktını dəyişdirmədən saxlayıb. Bununla razılaşmayan şirkət Azərbaycan Ali Məhkəməsinə müraciət edib.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Xatırladaq ki, keçən il İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib. Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter&Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Prokter&Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...