Seçki bülletenlərinin sayılması prosesi başa çatıb

Seçki bülletenlərinin sayılması prosesi başa çatıb


Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərlə əlaqədər bütün seçki məntəqələri artıq hesabat verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 5547 seçki məntəqəsindən 2894015 seçki bülleteni artıq sayılıb. Sayılmış bülletenlərin sayı 2894515-ə çatıb. Bununla da seçki bülletenlərin sayılması prosesi başa çatıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...