"Bakı ilə Tiflisin qardaşlaşması ilə bağlı danışıqlar aparılır"

"Bakı ilə Tiflisin qardaşlaşması ilə bağlı danışıqlar aparılır"


“Bakı ilə Tiflisin qardaşlaşmasını nəzərdə tutan sənədləri hazırlayırıq. Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi və Bakı şəhər meriyası arasında müvafiq danışıqlar aparılır. Biz danışıqların yekununu gözləyirik. Bundan sonra həmin sənədlər imzalanacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflis şəhərinin meri David Narmaniya deyib.

Onun sözlərinə görə, iki şəhər arasında müxtəlif layihələr, o cümlədən investisiya layihələri həyata keçiriləcək: "Qarşılıqlı turizm tədbirlərinə də geniş yer verəcəyik. Azərbaycandan Gürcüstana turist axını getdikcə genişlənir və bu bizi sevindirir. Bu sahənin inkişafı üçün dövlət və özəl sektor böyük işlər həyata keçirir".

D. Narmaniya azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də turizmin inkişaf etdiriləcəyini bildirib: "İlk öncə turizmin inkişafına təkan verəcək mədəni infrastrukturu genişləndirmək, sonra isə müxtəlif layihələri həyata keçirmək istəyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...