Neftin qiymətində dirçəliş

Neftin qiymətində dirçəliş


Qızılın və gümüşün qiymətində nisbi ucuzlaşma olub.Paris terrorndan sonrakı geriləmədən sonra dünya birjalarında neftin qiymətində dirçəliş müşahidə olunur. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatında “Brent” markalı neftin qiyməti 0.20% qalxaraq 44.56 dollara çatıb.

“Texas” (WTI) markalı neftdə də nisbi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft 0.14% bahalaşaraq 41.80 dollara çatıb. “AzəriLayt” markalı neftdə isə ucuzlaşma qeydə alınıb. London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,88 dollar ucuzlaşaraq 44,29 dollar təşkil edib. Əmtəə birjalarında qızılın qiymətində də nisbi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti dünənki göstəricilərə nisbətən ucuzlaşaraq 1 qram üçün 34.82 dollar olub. Gümüşün qiymətində də ucuzlaşma olub. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar qeydə alınıb.

Ölkəmizdə ABŞ dollarının satış qiymətində bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0506 AZN təşkil edib. Euroda isə ötən həftənin əksinə ucuzlaşma müşahidə olunub. Paris teraktının təsirində qaldığı güman olunan Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1262 AZN təşkil edib. Rusiya rublunun düşüş tendensiyası bu həftə də davam edib. 1 rublun qiyməti ötən gün 0.0157 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0506 AZN
1 Euro – 1.1262 AZN
1 rus rublu – 0.0157 AZN



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...