Bakıda yataqxanada yanğın baş verdi - 30 nəfər təxliyə edildi

Bakıda yataqxanada yanğın baş verdi -


Bakıda yataqxanada yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 kvadratmetr olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kvadratmetr olan 2 otaqlı mənzilin eyvanında 2 ədəd şkaf yanıb. Yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...