AZAL-dan daha bir endirim - SİYAHI
AZAL Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar olaraq beynəlxalq uçuşlara endirim kampaniyası elan edib. Azərbaycan Hava Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, kampaniya çərçivəsində aşağıdakı istiqamətlər üzrə aviabiletlərin qiymətində endirimlər olacaq.
Bakı–London–Bakı - 329 avrodan başlayaraq;
London–Bakı–London - 269 funt sterlinqdən başlayaraq;
Bakı–Milan–Bakı - 329 avrodan başlayaraq;
Bakı–Paris–Bakı - 349 avrodan başlayaraq;
Bakı–Nyu York–Bakı - 499 avrodan başlayaraq;
Nyu Yok–Bakı–Nyu York - 549 ABŞ dollarından başlayaraq;
Bakı–Praqa–Bakı - 329 avrodan başlayaraq;
Praqa–Bakı–Praqa - 359 ABŞ dollarından başlayaraq;
Bakı– Tel Əviv–Bakı - 299 avrodan başlayaraq;
Tel Əviv–Bakı–Tel Əviv - 329 ABŞ dollarından başlayaraq;
Bakı–Lvov–Bakı - 289 avrodan başlayaraq;
Lvov–Bakı–Lvov - 319 ABŞ dollarından başlayaraq;
Bakı–Kazan–Bakı - 209 avrodan başlayaraq;
Bakı–Sankt-Peterburq–Bakı - 279 avrodan başlayaraq.
Yeni il aksiyası çərçivəsində biletlərin satışı 2015-ci il dekabrın 10-dan başlayacaq və 2016-ci il yanvarın 10-dək davam edəcək.
Uçuş tarixi yanvarın 15-dən fevralın 29-u tarixinə qədər həyata keçiriləcək.
1059 dəfə oxundu