Bakı-2015 Avropa Oyunları Kubada da yayımlanacaq

Bakı-2015 Avropa Oyunları Kubada da yayımlanacaq

Bu gün Bakı 2015 Əməliyyat Komitəsi Birinci Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsinin imzalandığını açıqladı.

Trend-in məlumatına görə, bu müqavilə, Kubanın “Instituto Cubano de Radio y Television” televiziya kanalı (ICRT) ilə bağlanıb.


Kanal Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir, eyni zamanda, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir, lakin mən bunun son müqavilə olmayacağına əminəm. Kuba böyük idman tarixinə malik ölkədir və mən ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm.

Birinci Avropa Oyunları ICRT-nın Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. Bakı 2015 proqramında olan 16 Olimpiya idman növündən 12-si Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək, bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir”.

Kuba Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulur.

ICRT tərkibində olan “Canal Tele Rebelde”ninbaş direktoru Roberto Qonzales əlavə etdi: “Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var və Bakı 2015 Avropa Oyunları bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1663 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...