Ramiz Əzizbəyli səhhətindən danışdı

Ramiz Əzizbəyli səhhətindən danışdı


Bu günlərdə xalq artisti Ramiz Əzizbəylinin səhhətinin yenidən pisləşdiyi barədə xəbərlər yayıldı. Bununla əlaqədar olaraq, xalq artisti ilə əlaqə saxladıq.

Musavat.com-a açıqlamasında Ramiz Əzizbəyli öz səhhəti ilə bağlı bunları deyib: “Səhhətimin yenidən ağırlaşması məlumatı doğru deyil. Yaxşıyam. Lakin bilirsiz ki, insultam və vəziyyətim olduğu kimi qalır”.

Xalq artisti onu yoluxmağa gələnlərdən də danışıb: “Yanıma gəlib-gedənlər var. Onların hər birinə çox sağ ol deyirəm”.

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında üzləşdiyi avtomobil qəzasından sonra beyin insultu keçirmişdi. Xalq artisti əvvəlcə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında, daha sonra isə Mərkəzi Gömrük Hospitalında müalicə aldıqdan sonra evə buraxılmışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...