İlhamə Quliyeva: “Nazpəri 25 min manatdan cəmi 8 min ödəyib“
Xalq artisti İlhamə Quliyeva və həmkarı Nazpəri Dostəliyeva arasındakı çəkişmə hələ də davam edir
İ.Quliyeva Axşam.az-a açıqlamasında məhkəmədə udduğu 25 min manat təzminatın tam ödənilmədiyini, qarşı tərəfin onu aldatdığını bildirib.
O, bu məsələ ilə bağlı bütün işləri köməkçisi Mehriban Bəylərqızına həvalə etdiyini deyib. M.Bəylərqızının sözlərinə görə, qarşı tərəf ümumi məbləğdən yalnız 8 min manatı ödəyib:
“Bu məbləği ehtiyacı olan insanlara bağışlayacağıq. İndiyədək Nazpəri Dostəliyeva hissə-hissə 8 min manat ödəyib. Biz məbləği bütov formada tələb etmişik. Aprelin 10-da qəti qərar çıxarıldı ki, pul on gün içində tam şəkildə ödənilsin. Əgər müddət bitənə qədər pul verilməsə, ona aid olan avtomobil və ya ev müsadirə olunmalı idi. Həmin vaxt artıq bitib. Nazpəri Dostəliyeva həmçinin efirə çıxıb, İlhamə Quliyevadan üzr istəməlidir”.
Qeyd edək ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmə son qoyub. Qərara əsasən, N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.
1768 dəfə oxundu