ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı QƏRAR VERƏCƏK

ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı
Ötən gün ARB telekanalında Zaur Kamalın aparıcısı olduğu "Həmin Zaur" verilişində qalmaqallı hadisə baş verib. Belə ki, teleaparıcı əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovub.

Bu olay əksər izləyicilərin etirazına səbəb olub. Bildirilir ki, Zaur Kamalın qonağa qarşı davranışı etikadan kənar olduğundan, ARB telekanalı onunla bağlı cəza tədbiri görməlidir.

Efirdə baş verən hadisə ilə bağlı Modern.az-a açıqlama verən ARB telekanalının mətbuat katibi Mail Əsgərov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

"Araşdırmaların yekunu olaraq hansı tədbirin görülüb-görülməməsi ilə bağlı qərar veriləcək. Bir tərəfin mövqeyini dərc etmək düzgün deyil. Bu səbəbdən araşdırılmalar aparılıb, təfsilatlar üzə çıxarılacaq. Son məlumat isə mətbuata çatdırılacaq", - deyə mətbuat katibi vurğulayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...