Arif Alışanovun fəaliyyəti təftiş olunur - AzTV-də rəsmi yoxlama

Arif Alışanovun fəaliyyəti təftiş olunur -

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Kollegiya iclasında dövlət büdcəsindən "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə və Azərbaycan Milli Elmlər
Akademiyasının Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin istifadəsinə, həmçinin İnstitut üzrə büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.


Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Palataya məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...