Artur Rasizadə uşaq evləri ilə bağlı yeni qərar verib

Artur Rasizadə uşaq evləri ilə bağlı yeni qərar verib

Azərbaycanda “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib. Bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 3-cü və 10-cu hissələrinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilməsi ilə əlaqədar Nazirlər Kabineti “Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 19 sentyabr tarixli qərarını ləğv edib.

Qeyd edək ki, nizamnamənin mətni ilə aşağıdakı linkdən tanışa ola bilərsiniz.

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=71484


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...