Fəzail Ağamalı Zahid Orucun əvəzinə kimi hazırlayır?

Fəzail Ağamalı Zahid Orucun əvəzinə kimi hazırlayır?

Ana Vətən Partiyası (AVP) 2010-cu ildə keçirilən seçkilərdən sonra Milli Məclisdə iki deputatla – partiyanın sədri Fəzail Ağamalı və müavini Zahid Orucla təmsil olunurdu. Zahid Oruc 2013-cü ilin payızında keçirilən prezident seçkiləri ərəfəsində müstəqil şəkildə namizədliyini irəli sürdüyü üçün AVP-dən uzaqlaşdırıldı. Bəs, bu ilin payızında keçiriləcək parlament seçkilərində AVP neçə mandat əldə etməyə iddialıdır? Bundan əlavə, partiyanın rəhbərliyi Zahid Orucun yerinə kimin deputat seçilməsini daha məqbul hesab edir?

AVP-nin sədri, deputat Fəzail Ağamalı Modern.az saytına açıqlamasında deyib ki, parlament seçkilərində irəli sürüləcək namizədlər hələ ki dəqiqləşməyib. O bildirib ki, partiyada məsələ ilə bağlı müzakirələr gedir:

“Parlament seçkilərinə kifayət qədər vaxt var. Ona görə seçki ilə bağlı məsələ partiyada müzakirə olunur. Müzakirə yekunlaşdıqdan sonra hər şey açıqlanacaq. Yəqin ki, biz iyul ayının ikinci yarısında seçki ilə bağlı fikirlərimizi tamamlayacağıq. Yəni seçkiyə hansı qüvvə ilə qatılacağımız haqda mətbuata açıqlama verəcəyik.

O zaman partiyadan kimlərin namizəd olacağı bilinəcək. İstəyərdik ki, çoxluqla parlamentdə təmsil olunaq. Amma reallığı nəzərə alaraq daha kimlərin parlamentdə təmsil olunması üzərində fikirlərimizi dəqiqləşdirəcəyik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...