Toy günü ölən gəlin “vağzalı” ilə dəfn edilib - FOTOLAR

Toy günü ölən gəlin “vağzalı” ilə dəfn edilib -

Bakıda toyu günü baş verən qəza nəticəsində dünyasını dəyişən Vəsilə Rzayeva dəfn olunub.

Bu barədə AzVision.az-a mərhumun qohumları məlumat verib. Bildirilib ki, dəfn mərasimi ötən gün axşam saatlarında baş tutub: “Artıq Vəsiləni dəfn etmişik. Hava çox isti olduğundan onun nəşini saxlaya bilmədik. Rəhmətlik gözəl insan idi. Orta məktəbi yeni bitirmişdi. Evin tək qız idi”.

Toy günü ölən gəlin “vağzalı” ilə dəfn edilib -
Qohumlarının sözlərinə görə, V.Rzayeva “Vağzalı” sədaları ilə torpağa tapşırılıb: “Onu “Vağzalı” sədaları altında dəfn etdik. Bu, çox dəhşətli idi. Onun nişanlısı da dəfn mərasimində iştirak edirdi. Oğlanda yaxşı insandır. Nə edək, tale elə gətirdi. Hazırda valideynləri çox pis vəziyyətdədirlər. Onlar hadisənin şokundan ayıla bilmirlər. Onu ağ gəlinlikdə torpağa tapşırdıq. Toya gələn bütün qonaqlar onun yasında iştirak edirdilər”.
Toy günü ölən gəlin “vağzalı” ilə dəfn edilib -

Qeyd edək ki, hadisə ötən gün Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb. Hadisdə isə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...