Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

Rusiyalı idmançıların Bakıya gəlmə vaxtı bilindi

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edən Rusiya təmsilçiləri bu gün paytaxtımıza təşrif buyuracaqlar.

ANS PRESS-in məlumatına görə, bu barədə TACC agentliyinə Rusiya Olimpiya Komitəsinin mətbuat xidmətindən verilib.

"Oyunlarda iştirak edəcək ilk rusiyalı idmançılar bu gün saat 15:20-də Bakıya uçacaqlar. Bu qrupa su polosu, veloybolçular, triatlon, dağ velosipedçiləri, eləcə də gimnastika üzrə Rusiya yığması daxildir". Bakıya gələnlər arasında həmçinin Olimpiya çempionu gimnast Aliya Mustafina da olacaq. I Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olacaq. Oyunlar iyunun 28-dək davam edəcək. 253 dəst medal uğrunda 20 idman növündə 6 min idmançı mübarizə aparacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...