Metropoliten də Cavid Qurbanova tabe olacaq?

Metropoliten də Cavid Qurbanova tabe olacaq?

Dünyanın bir çox ölkəsində metropoliten dəmir yolları idarəsinin nəzdində fəaliyyət göstərir. Bu günlərdə kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC-nin “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdiriləcəyi haqda məlumat yayılıb. Bu prosesin ölkədə start götürəcək struktur islahatları zamanı gerçəkləşəcəyi də söylənilir. Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün hər iki qurumla əlaqə saxlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu məlumatın həqiqətəuyğun olmadığını bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov isə hələ ki bu məsələnin müzakirə olunmadığını deyib: “Bu, əsassız xəbərdir. Bəlkə gələcəkdə bu məsələ gündəmə gələ bilər? Onu deyə bilmərəm...”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...