Millət vəkili jurnalistə yumruq atdı - FOTO

Millət vəkili jurnalistə yumruq atdı -

Türkiyənin İqdır bölgəsindən olan Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkilliyinə namizədi Adil Aşırım ona sual verən jurnalistə yumruq atıb. Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə jurnalist Uğur Demirin Vali Yolu küçəsində Aşırım ilə qarşılaşmasından sonra baş verib. Jurnalistin “25 min səs alacağınızı bildirdiniz. Ancaq cəmi 3 min səs aldınız” sözlərinə millət vəkilliyinə namizəd yumruğu ilə cavab verib.

Hadisəni görən vətəndaşlar vəziyyətə müdaxilə edib. Demir məsələ ilə bağlı şikayətçi olub. Aşırım də verdiyi açıqlamada hərəkətini etiraf edib.: “Mən İqdıra gəldiyimdən bəri MHP-çilər azərbaycanlıların səslərini Ədalət və İnkişaf Partiyası (AKP) və Xalq Demokratik Partiyası (HDP) arasında bölüşdürdüyümü deyirlər. Məni təhqir edirdilər. Buna dözə bilmədim. Ona yumruq atdım”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...