Bu il oruc tutmaq müddəti 17 saatdır

Bu il oruc tutmaq müddəti 17 saatdır

Bu il Ramazan ayının orucluq mərasiminin başlanması iynun 18-nə təsadüf edir. Bu haqda Qaqfaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq açıqlama verib.

İyunun 17-də orucluq mərasiminin niyyət axşamıdır. Bu il orucluq yay fəslinə təsadüf etdiyi üçün orucluq müddəti 17 saat davam edəcək. Bu müddətdə bilərəkdən hər hansı şəkildə qida və maye qəbul edilməsi orucu pozur. Orucluq mərasiminin tərkib hissəsi olan əhya tutulması (“Quran”ın yer üzünə endirilməsi ehtimal edilən gecələr) iyulun 5-i, 7-i, 9-u və 13-ü gecələrinə təsadüf edir. Bu il Eyd-ül-Fitr (Ramazan bayramı) iyulun 18-də olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...