Salyanın icra başçısının adamından şikayət var

Salyanın icra başçısının adamından şikayət var

Salyan rayonu Şorsulu kənd sakini Pərvin Sadıqov infom.az-a şikayətçi düşüb. Bildirdiyinə görə o, rayonun Arbatan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində növbəli sistemlə operator vəzifəsində çalışır.

Şikayəti də elə Arbatan kəndinin icra nümayəndəsindəndir:

“Hər ayın sonunda bizə təhvil verilən yanacağın haq-hesabın edirik. Yığılmış pul yanacağın dəyərindən az olanda ortaya borc dəftərini qoyur və borcların nə vaxt veriləcəyi barədə izahat veririk. Artıq 1 ildən çoxdur ki, borclu qalan eyni adam haqqında eyni sözü rəhbərliyə təkrarlamaqdan bezmişik.

Aldığı yanacağın pulun verməyən bu şəxs Salyan Rayon İcra Hakimiyyətinin Arbatan kənd inzibati-ərazi vahidliyi üzrə nümayəndəsi Akif Səfərovdur.

Dəfələrlə xahiş etmişik ki, məntəqəyə olan 470 mantatdan çox borcunu qaytarsın, biz də iş yerimizdə pis vəziyyətdə qalmayaq. Adam isə bizim xahişlərə belə reaksiya vermir. Nəticədə biz həmin borcu bağlamq üçün aylıq əmək haqqımzdan ayda 50 manat tutulmasına razılıq vermişik.”

Pərvin Sadıqov deyir ki, 2 ay öncə Salyan rayon icra hakimiyyətinin şöbə müdiri Kərəm Muradova müraciət ediərək, məsələnin çözülməsinə dair onun kömək etməsi xahiş olunub. Kərəm müəllim məsələnin həllinə dair əvvəlcə söz versə də, sonradan yaxasını kənara çəkib.

"Vəzifəsindən, qulluq mövqeyindən istifadə edərək Akif Səfərovun məni aldatması dövlət qulluqçularının etik davranış qaydaları ilə bir araya sığmayan hərəkətdir. Mən bu hərəkətin ictimai qınağa çəkilməsini istəyirəm.”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...