Adil Əliyev erməniyə uduzan idmançının müdafiəsinə qalxdı

Adil Əliyev erməniyə uduzan idmançının müdafiəsinə qalxdı

“Deyirəm işə düşmüşük vallah. İdmandan xəbəri olmayan, idman üçün idmançı üçün bir iş görməyən adamcıqlar bu gün idmançını müzakirəyə çıxarıb, onları tənqid, hətta təhqir edirlər”.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev öz facebook hesabında erməniyə uduzun idmançı Həsən Əliyev haqqında paylaşdığı statusunda yazıb.

O, bildirib ki, kimlərinsə idmançını aşağılayan sözlər işlətməsi qəbuledilməzdir:
“İdmançıya onun məşqçisindən başqa heç kimin ixtiyarı yoxdur ki, güldən ağır söz desin. Əvvəla, onu deyim ki, bu cür mötəbər yarışlara elə-belə sıradan bir idmançıları buraxmırlar nə biz tərəfdən, nə də rəqiblər tərəfindən. Yarışlarda bir çəki dərəcəsində, bir qızıl medal olur ki, onun da üstündə güclü mübarizələr aparılır. Ölkəsindən və millətindən asılı olmayaraq, daha hazırlıqlı və bəxti gətirən idmançı qalib çıxır”.

Millət vəkili daha sonra bunları qeyd edib: “Hamıya məlumdur ki, iki idmançıdan biri qalib olmalıdır. Bu dəfə idmançımızın bəxti gətirmədi, nə etmək olar, bu idmandı. İndi durub hamımız düşək bu idmançının üstünə ki, sən uduzmusan..? Əgər, biz bur cür kampaniyaya dəstək verərsək, başqa idmançılarımızı da ruhdan salarıq. Qabaqda isə bizi çox maraqlı yarışlar gözləyir, o yarışlarda da başqa millətlərin nümayəndləri iştirak edəcəklər. Dostlar, gəlin birlikdə, bu ağır və şərəfli işdə idmançılarımızın yanında olub, onlara dəstək olaq. Allah millətimizə kömək olsun”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...