Sərxoş Poroşenko Bakıya gəlmədi və Azərbaycanı təhqir etdi

Sərxoş Poroşenko Bakıya gəlmədi və Azərbaycanı təhqir etdi

FaktXəbər-in verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak etməməsi yeni söz-söhbətlərin yayılmasına səbəb olub. Ukrayna prezidentinin Azərbaycana gəlməməsinə səbəb onun mütəmadiyən içki içməsi olub. Bu barədə İsrail KİV-ləri Ukrayna Nazirlər Kabinetindən adının çəkilməsini istəməyən bir üzvünə istinadla bildirir.

«Prezident artıq bir həftədir ki, əyyaş vəziyyətindədir. Onun ağlının başında olması halları saatla deyil, hətta dəqiqəylə ölçülür. Bu, böyük problemə çevrilir», deyə qaynaq bildirir.

Onun içkiyə görə Azərbaycana gəlməməsini isə təhqirdən başqa heç nə ilə müqayisə etmək olmaz.

Qeyd edək ki, Pyotr Poroşenkonun içki mübtəlası olması barədə çoxdandır ki, söz-söhbət gəzir. Ötən ilin payızında prezidentin Maripoldakı çıxışı böyük rezonans doğurmuşdu. İstifadəçilər Poroşenkonu «Yelçinin sonrası» ilə müqayisə ediblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...