Almaniyada yaşayan azərbaycanlılar bayraq aksiyası keçirirlər - FOTO

Almaniyada yaşayan azərbaycanlılar bayraq aksiyası keçirirlər -

Almaniyanın Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərində bir neçə gündür Azərbaycan bayrağı dalğalanır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu şəhərlərdə yaşayan azərbaycanlılar “Bakı 2015” I Avropa Oyunları ilə əlaqədar evlərinin eyvanından və damından Azərbaycan bayraqlarını asıblar.

Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycan qarşı qərəzli mövqeyinə etiraz etdiklərini, eyni zamanda “Bakı 2015” oyunlarına dəstək verdiklərini bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...