Bu il arpa və buğda istehsalında ciddi azalmalar gözlənilir

Bu il arpa və buğda istehsalında ciddi azalmalar gözlənilir

Vahid Məhərrəmov: " Əksər taxıl sahələrində apardığımız baxışlar zamanı bitkilərdə sünbülün qısa, dənin cılız, sünbüldə dənin kütləsinin az olduğu müəyyən olundu"

Kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmov rəsmi facebook səhifəsində yağışların intensivliyi nəticəsində taxıl bitkilərinin inkişafı sahəsində nöqsanların yarandığını və bu il həmin sahələrdə ciddi azalmaların olacağını bildirib:

"Taxıl sahələrində apardığımız monitorinqlər göstərdi ki, bu il arpa və buğda istehsalında ciddi azalmalar gözlənilir. Taxıl zəmilərində bitkilərə, sünbüllərə baxış göstərdi ki, son aylarda yağışların yağması taxıl bitkilərinin inkişafı üçün münbit şərait yaratsa da, əksinə, yağışların intensivliyi bu sahədə yol verilmiş bir çox nöqsanları ortaya çıxarmışdı. Belə ki, sahələrdə əyilmiş (yatmış) bitkilərə daha çox rast gəlinir. Bu kimi hal bitkilərin zəif inkişafından xəbər verir. Yəni, taxıl bitkilərinin inkişaf fazalarında vaxtlı-vaxtında aqrotexniki qaydalara əməl olunmaması səbəbindən bitkilər ilkin böyümə etapında normal inkişafdan məhrum olmuş, sonrakı fazalarda isə bu çatışmazlıqlar özünü bitkinin gövdəsinin zəif, nazik olmasında göstərmişdi. Elə bu səbəbdən də yağışlar yağan zaman bitkilər əyilmişdir. Əksər taxıl sahələrində apardığımız baxışlar zamanı bitkilərdə sünbülün qısa, dənin cılız, sünbüldə dənin kütləsinin az olduğu müəyyən olundu. Bu isə məhsulun kəmiyyətinin az olmasını göstərməklə yanaşı həm də əldə olunan dənin keyfiyyətinin aşağı olduğundan xəbər verir.

Yağan yağışlar taxıl sahəsində uzun müddət geniş yayılan alaq otların intensiv inkişafını təmin etməklə yanaşı, həm də yabanı vələmirin (yulafca) də daha geniş yayılmasına səbəb olmuşdu. Bu isə biçin zamanı əldə olunan məhsulda zibil qarışığının həcmini artırmaqla yanaşı, həm də gələcəkdə mövcud əkin sahələrində alaq otlarının daha da geniş yayılmasına səbəb olacaq".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...