Mikayıl Cabbarov federasiya prezidenti olacaq

Mikayıl Cabbarov federasiya prezidenti olacaq

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcək. M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar". Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdulla olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...