Pinqvin Tbilisi zooparkından Azərbaycana qaçdı

Pinqvin Tbilisi zooparkından Azərbaycana qaçdı

İyunun 14-də gecə saatlarında leysan sularının yaratdığı daşqın nəticəsində Gürcüstan paytaxtı Tbilisidəki Zooparkdan qaçan pinqvin Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı körpü ərazisindəki çayda aşkar olunub. Modern.az bildirir ki, Gürcüstan KİV-də yayılan xəbərə görə, həmin ərazidə pinqinin çimdiyi görünüb. Tbilisidən gələn qrup onu geri qaytarmaq niyyətindədir.

Məlumatda qeyd edilir ki, pinqvinin Tbilisidəki Zooparka Böyük Britaniyanın Torki şəhərindəki “Living Coasts” heyvanxanasının administrasiyası 2014-cü ilin iyul ayında hədiyyə edib.

Qeyd edək ki, təbii fəlakət gecəsi Tbilisi Zooparkının dağılması nəticəsində begemot, ayı, pələng və digər vəhşi heyvanlar da şəhər küçələrinə dağılmışdı..



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...