Universitet müəlliminin lizinq şirkəti..?

Universitet ( müəyyən səbəbdən ali təhsil müəssisəsinin adını qeyd etmirik ) müəllimi Məmməd Dadaşovla bağlı Qafqaz Xəbər Agentliyinə maraqlı məlumat daxil olub.
Məlumatda deyilir ki, Buta İnvestment Group şirkəti Eldar Dadaşov tərəfindən təsis olunub. Hətta məlumatda qeyd olunur ki, Dadaşov Eldar Buta İnvestment Group şirkətini ABŞ-ın Florida ştatının Mayami şəhərində təsis etsə də sonradan şirkətin şöbələrini Almaniyanın Frankfurt şəhərində və Azərbaycanda Bakı şəhərində yaratmağa müvəffəq olub. Şirkətin rəsmi veb saytında qeyd olunub ki, http://butaig.com/about.html Buta İnvestment Group şirkəti 2013- cü ilin avqust ayında Eldar Dadaşov tərəfindən təsis olunub. Saytda xüsusilə qeyd olunub ki, şirkətin partnyorları kimdir. Euro Broker şirkəti, EL İjara lising, Buta lising və Best Brand Baku şirkəti.
Daxil olan məlumatdan bəlli olur ki, yuxarıda adını qeyd etmək istəmədiyimiz universitetin rektorunun qardaşı oğlu ilə Eldar Dadaşov “Buta Lizing” şirkətini şərikli işlədir.
Məlumata görə “Buta Lizing” şirkəti ölkəmizdə bir çox vətəndaşlara girovsuz lizinq krediti verib. Hətta sonradan vətandaşlar krediti gecikdirəndə “Buta Lizing” şirkəti həmin şəxslərə 700 faiz cərimə yazıb. Təxminən iki il bundan əvvəl bir müştəriyə girovsuz 5 min manat lizinq krediti verilib və həmin şəxs pulu ödəyə bilmədiyi üçün, “Buta Lizing” dən ona zəng edib bildiriblər ki, onun “Buta Lizing” şirkətinə 5 min manatın cərimələrinə görə bir milyondan yuxarı borcu var. Eldar Dadaşov çox vaxt xaricdə olduğu üçün, kreditorlardan pulları onun universitet müəllimi olan qardaşı Məmməd Dadaşov bir qrup idmançıların vasitəsiylə müştərilərə hədə-qorxu gələrək yığır. Daha doğrusu, Məmməd Dadaşov universitetdə dərs deməklə yanaşı, dərsdən sonra bir dəstə idmançıyla qapılara düşüb “Buta Lizing” şirkətinin müştərilərinə hədə-qorxu gəlir.
Müştərilərdən biri bizimlə söhbətdə çox maraqlı bir məlumat verdi.
Deyir “Buta Lizing” şirkətinin elə müştəriləri var ki, şirkətə 4 ildən artıqdır ki, borcları var. Ancaq “Buta Lizing” şirkəti onları məhkəməyə vermir. Bizimlə söhbət edən müştərinin fikirincə “Buta Lizing” şirkətinin öz müştərisini məhkəmə verməməyi şübhə doğurur ki, bəlkə “Buta Lizing” şirkətinin özünün nəsə qaranlıq işləri var və o buna görə məhkəmə yolu ilə deyil, sadəcə müştərilərə hədə-qorxu gəlməklə pul qazanır.
Növbəti yazıda Dadaşov Məmmədin çalışdığı universitetin rektoru və onun qardaşı oğlu barədə detallı bəhs edəcəyik.
509 dəfə oxundu