"Azersun Holding"də hansı ərzaqların qiymətləri artırılıb? - Açıqlama

"Azersun Holding"də hansı ərzaqların qiymətləri artırılıb? -


"Azersun Holding" bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib. Gundeminfo.az Novosti.az saytına istinadən xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.

Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.

"Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:

- duz;

- un;

- kərə yağı;

- düyü;

- şəkər;

- qənd;

- süd məhsulları.

***

"Azersun Holding"in mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, bəzi ərzaq məhsullarının qiymətlərinin artırılması ilə xəbərlər doğrudur. Mətbuat xidmətinin rəhbəri Afiq Səfərov deyib ki, bu artım manatın məzənnəsinin tənzimlənməsi ilə bağlı edilir: "Lakin qiymətlərdə 5-20 qəpik artım olması doğru deyil. "Azersun" un istehsal etmədiyi üçün satışa çıxarılan məhsullar arasında un məhsulları yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...